⚠ Qeyd: "Xoşum gəlmir" adlı mahnının sözləri və müəllif hüquqları mənə məxsusdur.
Səs və aranjeman AI modeli (Suno) vasitəsilə yaradılıb.
Bu bəstələrin icazəsiz modifikasiya olunması və ya müəllif adı olmadan paylaşılması qadağandır.
Əməkdaşlıq, birgə layihələr və ya istifadə hüquqları üçün lütfən mənimlə əlaqə saxlayın.
Xoşum gəlmir mənim belə insanlardan.
Xoşum gəlmir mənim belə insanlardan.
Xoşum gəlmir mənim elə insanlardan.
Xoşum gəlmir mənim belə insanlardan.
(Bənd 1)
Çox adamın yaralı yeri - sevgi məhəbbət,
Düşünürsən ki, yarını tapdın, kifayət.
Sənsiz ölərəm deyən o kəs, nəhayəət,
Eşitmişəm, evlənib, gedib buralardan,
Xoşum gəlmir yalançı insanlardan.
Eşitmişəm, evlənib, gedib buralardan,
Xoşum gəlmir mənim elə insanlardan.
(Bənd 2)
Zəmanə dəyişib, daha elə dövran yoxdur,
Qadınlar kişiləşir, qadın olan kişi çoxdur,
Yalançı eşqə daha bizim gözümüz toxdur,
Əlaqəsi yoxdur, bunun yaxın-uzaqlardan,
Xoşum gəlmir mənim elə insanlardan.
Əlaqəsi yoxdur, bunun yaxın-uzaqlardan,
Xoşum gəlmir mənim belə insanlardan.
(Bənd 3)
Öz özümə yazıram, bəstələrimi kim isə dinləyər,
Biriləri bəyənər, dili ilə zümzümə eyləyər,
Bəziləri fikirlərimlə barışsa bəs edər,
Uzaq durum mən, kin qusan insanlardan,
Xoşum gəlmir mənim elə insanlardan.
Uzaq durum mən, kin qusan insanlardan,
Xoşum gəlmir mənim belə insanlardan.
(Bənd 4)
Şad günündə sənin yanında olanlar,
Çox az olar, darda sənlə qalarlar,
Çağıranda hay can deyib yorulanlar,
Sizdə qalmayıb, dostluq və vicdandan,
Xoşum gəlmir mənim elə insanlardan.
Sizdə qalmayıb, dostluq və vicdandan,
Xoşum gəlmir mənim belə insanlardan.
(Bənd 5)
Siyasətə qarışmayım, qardaş mənlik deyil,
Çox insanı evindən salıb, veyil-veyil,
Qəzzada ölən o qədər körpə yazıqmı deyil?
Toxun nə xəbəri var axı həmin aclardan ?!
Xoşum gəlmir mənim elə insanlardan.
Toxun nə xəbəri var axı həmin aclardan ?!
Xoşum gəlmir mənim belə insanlardan.
(Bənd 6)
Qara xəbər tez yayılır bunu hər kəs bilir,
Hər gün bir xəbər heyif ki qəmli gəlir,
Biri atasını, ya da arvadını güllələyir,
Daha qorxuram indiki cavanlardan,
Xoşum gəlmir mənim elə insanlardan.
Daha qorxuram indiki cavanlardan,
Xoşum gəlmir mənim belə insanlardan.